Avropa ölkələrinin milli çempionatlarında keçirilən növbəti matçlardan sonra “Qızıl buts”a iddiaçıların cədvəli açıqlanıb.
"CEMPİON.AZ" xəbər verir ki, həftəsonu baş tutan matçlardan sonra siyahının lideri dəyişib. Robert Levandovski qitənin ən məhsuldar oyunçusu üçün təsis olunan mükafat uğrunda mübarizədə birinci yerə yüksəlib. “Bavariya”nın polşalı futbolçusu “Köln”lə matçda (4:0) rəqib qapısına üç qol vurub. Bu 6 xal onun aktivini 46-ya çatdırıb. Levandovski Norveç “Molde”sinin hücumçusu Ohi Omoijuanfonu keçib. 27 qol vuran forvardın 40,5 xalı var. İlk “üçlüy”ü Tomas Lehne Olsen qapayır. “Lillestryom”da 26 qol vuran futbolçunun 39 xalı var. Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bombardiri Davit Volkov 10 qolla 10 xala malikdir. “Zirə”nin forvardı liderlərdən çox geri qalır.
DÜNYA FUTBOLU
“Qızıl buts”a iddiaçıların cədvəli açıqlandı
17.01.2022 12:14
530