bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Zelenski Şevçenkonu Ukraynaya qayıtmağa dəvət edib

17.01.2022 12:29 Oxundu 428

Vladimir Zelenski Andrey Şevçenkonun İtaliyanın “Cenoa” klubunun baş məşqçisi vəzifəsindən azad edilməsinə reaksiya verərək onu Ukraynaya öz işinə qayıtmağa çağırıb.

"CEMPİON.AZ" xəbər verir ki, Prezident həmyerlisinin məyus olmamasını və onun güclü məşqçi olduğunu xüsusilə vurğulayıb.  
Şevçenko avqustda 2016-cı ildən çalışdığı Ukrayna millisinin baş məşqçisi postunu tərk edib. Onun rəhbərliyi altında komanda Avropa çempionatının 1/4 finalına yüksəlib. 2004-cü ildə "Qızıl top"un sahibi futbolçu 2012-ci ildə karyerasını başa vurub. O, futbolçu kimi Kiyevin "Dinamo", İtaliyanın "Milan" və London "Çelsi" komandalarında çıxış edib.
Qeyd edək ki, şənbə günü “Cenoa” Şevçenkonu istefaya göndərib. Ukraynalı kluba 2021-ci ilin noyabrından başçılıq edib. Onun rəhbərliyi altında "Cenoa" 11 görüşdən cəmi 1 qələbə qazanıb.