bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Polşa millisinin baş məşqçisinin adı həftə sonu açıqlanacaq

17.01.2022 12:44 Oxundu 443


Futbol üzrə Polşa millisinin yeni baş məşqçisinin adı həftə sonuna qədər açıqlanacaq.  

"CEMPİON.AZ" xəbər verir ki, Polşa millisinin müdafiəçisi Maçey Rıbus jurnalistlərə açıqlamasında millinin yeni baş məşqçisinin adının artıq məlum olduğunu və həftəsonu açıqlanmalı olduğunu qeyd edib. Polşa Futbol İttifaqı müəyyən olunmuş vaxt çərçivəsində məşqçi ilə müqavilə imzalandığını açıqlamayıb. 2021-ci ilin sonunda Polşa millisinin baş məşqçisi vəzifəsində çalışmış portuqaliyalı Paulo Souza Polşa Futbol İttifaqı ilə müqaviləyə xitam verib və Braziliya “Flamenqo” komandasına rəhbərliyə başlayıb. Milli assosiasiya əməkdaşlığa xitam verilməsinin təşəbbüskarı olan 51 yaşlı məşqçiyə təzminat ödəməyi tapşırıb. 
Souza 21 yanvar 2021-ci ildən Polşa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2022-ci il dünya çempionatı üçün Avropa seçimlərinin pley-off mərhələsinə yüksəlib. 

Ötən həftənin sonunda “La Gazzetta dello Sport”un jurnalisti Nikolo Skira öz “Twitter” səhifəsində Polşa millisinin baş məşqçisi postuna əsas namizədin 64 yaşlı mütəxəssis Adam Navalkanın olduğunu bildirib. O, 2013-2018-ci illərdə milli komandanı çalışdırıb. Onun rəhbərliyi altında 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına vəsiqə qazana bilməyən polyaklar 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında qrupdan çıxmayıb. Avro - 2016-da Polşa yığması 1/4 finala yüksəlib, burada turnirin gələcək qalibi - Portuqaliya komandasına uduzub (1:1, 3:5 - penaltilər seriyası).