17.01.2022 13:01
440
FİFA-nın prezidenti Canni İnfantinonun davranışları qurumda ciddi narazılığa səbəb olub.
"CEMPİON.AZ" xəbər verir ki, ötən ilin oktyabrında Qətərə köçən isveçrəli Asiya ölkəsində yaşamağa üstünlük verir. Özü və ailəsi üçün Dohada ev tutan İnfantino işə də nadir hallarda gedir. Onun FİFA-nın mənzil qərargahına gedib-gəlməməsi digər əməkdaşları qıcıqlandırır. İsveçrəlinin dörd qızından ikisi Dohadakı məktəbdə təhsil alır. Onun özü də əksər vaxtını Qətərdə hakimiyyətdə olan ailənin üzvləri ilə keçirir.