"Barselona" komandanın fransalı futbolçusu Usman Dembeleyə xəbərdarlıq edib: ya yeni müqavilə imzalamalısan ya da hazırkı müqavilənin sonuna qədər əsas heyətdən kənarda qalacaqsan.
Fransa mətubutının verdiyi məlumatına görə, bu, hücumçunun yanvarın sonunadək yeni müqavilə imzalamağa razılaşmayacağı halda baş verəcək.
Xatırladaq ki, Kataloniya klubu Dembeleyə illik 20 - 25 milyon avroluq sözləşmə təklif edib. Futbolçu isə 40 milyon avro tələb edir.
"Barselona"nın baş məşqçisi Xavi futbolçu ilə görüşərək tələb etdiyi məbləğin böyük olduğunu bildirib və qarşısına şərt qoyub: Ya yanvarda müqaviləni uzadaraq əsas komandanın üzvü kimi qalmalı, ya da yeni sözləşmə imzalamaqdan imtina edərək mövsümün sonunadək əsas heyətdən kənarda qalmaq.
Hələlik Dembele bu təklifə cavab verməyib. Vaxt isə daralır. Fransalı futbolçunun taleyinə yaxın 2 həftədə aydınlıq gətiriləcək
Qeyd edək ki, 2021/2022 mövsümündə Usman Dembele 11 oyunda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.