bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Kral klubu 12-ci dəfə Superkuboku baş üzərinə qaldırdı

17.01.2022 14:33 Oxundu 433

Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkuboku matçında "Real Madrid" "Atletik"i məğlub edib.

"CEMPİON.AZ" xəbər verir ki, görüş 2:0 hesabı ilə "Real Madrid"in xeyrinə başa çatıb. Qolları Luka Modriç (38-ci dəqiqə) və Kərim Benzema (52, penaltidən) vurub. Eder Militao 87-ci dəqiqədə meydandan qovulub. “Atletika”da 88-ci dəqiqədə Raul Qarsiya penaltini qola çevirə bilməyib. 
Qeyd edək ki, "Real Madrid" tarixində 12-ci dəfə İspaniya Superkubokunu qazanıb.