17.01.2022 14:47
428
"Pari Sen-Jermen"in yarımmüdafiəçisi Corcinio Veynaldum topuq nahiyəsindən zədə alıb.
"CEMPİON.AZ" xəbər verir ki, futbolçunun oyunları 3 həftə buraxacağı gözlənilir. Veynaldum bu mövsüm paytaxt komandasının heyətində 25 oyun keçirib, 3 qol vurub.
Qeyd edək ki, onun komandası 21 matçdan sonra 50 xalla Fransa çempionatının cədvəlinə başçılıq edir.