çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Monako" Fransa çempionatında "Klermon"u darmadağın edib

17.01.2022 15:06 Oxundu 441

“Monako” futbol üzrə Fransa çempionatının 21-ci turunun matçında evdə “Klermon” üzərində inamlı qələbə qazanıb.

"CEMPİON.AZ" xəbər verir ki, görüş 4:0 hesabı ilə başa çatıb. Qaliblər komandadan Vissam Ben Yedder dubla (55-ci dəqiqə, penaltidən 62), Sofian Diop (45+2) və Kayu Enrike (83) fərqlənib. "Monako" Liqa 1-də 33 xalla 5-ci, Klermont isə 18 xalla 15-cidir.

Digər matçların nəticələri:
"Renn" - "Bordo" - 6:0;
"Lorient" - "Angers" - 0:0;
"Reyms" - "Metz" - 0:1;
"Strasburq" - "Monpelye" - 3:1.