2021-ci ilin "fair play" mükafatının qalibi müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, mükafata AVRO-2020-də Danimarka millisinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən yığmanın tibbi və məşqçilər heyəti layiq görülüb. Danimarkalı tərəfdarlar isə ilin ən yaxşı azarkeşi mükafatına sahib çıxıblar.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.
DÜNYA FUTBOLU
"Fair play" və ilin ən yaxşı azarkeşi mükafatı
18.01.2022 15:33
456