bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Ronaldo və Mbappe 7-8-ci yerləri bölüşdü

18.01.2022 16:35 Oxundu 472


FIFA 2021-ci ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.
"CEMPİON.AZ"
xəbər verir ki, sorğuda milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin media nümayəndələri ilə azarkeşlər iştirak ediblər. Ümumilikdə 11 futbolçu xal qazana bilib. 
Almaniyanın "Bavariya" klubunun polşalı hücumçusu Robert Levandovski 48 xalla qalib olub. Fransa PSJ-sində çıxış edən argentinalı Lionel Messi 44 xalla ikinci, İngiltərənin "Liverpul" klubunun misirli oyunçusu Məhəmməd Salah üçüncü yeri tutub.

1. Robert Levandovski ("Bavariya", Almaniya) - 48 xal

2. Lionel Messi (PSJ, Fransa) - 44

3. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 39

4. Kərim Benzema ("Real Madrid", İspaniya) - 30

5-6. N Qolo Kante ("Çelsi", İngiltərə) - 24

5-6. Jorjinyo ("Çelsi") - 24

7. Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə) - 23

8. Kilian Mbappe (PSJ) - 16

9. Kevin De Brüyne ("Mançester Siti", İngiltərə) - 11

10. Neymar (PSJ) - 10

11. Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya)

Qeyd edək ki, Robert Levandovski ardıcıl ikinci dəfə "The Best" mükafatına sahib çıxıb.