bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Dortmund "Borussiya"sı Almaniya Futbol Kubokunda çıxışını başa vurub

19.01.2022 10:26 Oxundu 444


Dortmund "Borussiya"sı səfərdə futbol üzrə Almaniya kubokunun 1/8 final mərhələsinin matçında "St Pauli"yə uduzaraq turnirdəki çıxışını başa vurub.

"CEMPİON.AZ" xəbər verir ki, Hamburqda keçirilən görüş 2:1 hesabı ilə "St Pauli"nin xeyrinə başa çatıb. Meydan sahiblərinin heyətində topu Etyen Amenido (4-cü dəqiqə) vurub. Erlinq Haaland penalti zərbəsini dəqiq yerinə yetirib (58). Aksel Vitsel (40) isə avtoqola imza atıb. 
Qeyd edək ki, "
St Pauli" Almaniya futbol liqası sistemində ikinci ən vacib divizion olan ikinci Bundesliqada oynayır.