bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Yunanıstan Byazini istəyir

19.01.2022 12:40 Oxundu 451

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin Yunanıstan yığmasının sükanı arxasına keçmə məsələsi aktuallığını qoruyur.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata görə, Yunanıstan Futbol Federasiyası italiyalı mütəxəssisdə israrını davam etdirir. Bildirilib ki, siyahıda bir çox məşqçinin adı olsa da, de Byazi variantı üstünlük təşkil edir:
“Əvvəlki dönəmdə də de Byazi ilə əlaqə saxlanılıb və söhbət xoş təəssürat yaradıb”. 
Yunanıstan yığmasına sürpriz namizəd isə Polşanın “Poqon” klubunun baş məşqçisi Kosta Runyak hesab edilir. Hətta federasiya rəsmilərinin Türkiyəyə yollanaraq komandası ilə orada təlim-məşq toplanışında olan avstriyalı mütəxəssislə görüşdüyü də vurğulanıb.  Yunanıstan Futbol Federasiyasının rəhbərliyi martda beynəlxalq oyunlar olacağını nəzərə alaraq, fevralın ortalarına qədər yeni baş məşqçini təyin etməyi planlaşdırır. 
Qeyd edək ki, Canni de Byazinin AFFA ilə müqavilə müddəti oktyabra qədərdir.