19.01.2022 14:00
558
Almaniya "Bayer"inin və Rusiya millisinin qapıçısı Andrey Lunev topuğundan uğurla əməliyyat olunub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə futbolçunun agenti Anton Smirnov telegram kanalında bildirib. Lunevin bazar ertəsi komanda məşqində zədələndiyi məlum olub. Reabilitasiya prosesi çərşənbə günü başlayacaq. Futbolçunun sağalma müddətinin 6-10 həftə olacağı bildirilir.
Qapıçı 2021-ci ilin yayında Sankt-Peterburqun "Zenit"indən "Bayer"ə keçib. Lunev komandanın heyətində bir oyun keçirib.