19.01.2022 15:05
464
Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının saytında məlumat verilib. Qroningendə keçirilən hazırlıq prosesi zamanı Emanoel Rodrigues "Maneka" zədələnib. Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib. Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. O, bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.