20.01.2022 09:45
447
Almaniyalı Aleksandr Blessin ukraynalı Andrey Şevçenkonun keçmiş komandası İtaliyanın “Cenoa” klubuna baş məşqçi təyin olunub.
"CEMPİON.AZ" xəbər verir ki, əvvəllər Almaniya “Leypsiq”inin sistemində çalışmış, Belçika “Ostend”inə başçılıq etmiş mütəxəssislə müqavilə 2024-cü ilə kimi hesablanıb.
Yanvarın 15-də Genuya klubu ukraynalı Andrey Şevçenkonun baş məşqçi postundan istefa verdiyini açıqlayıb. Onun rəhbərliyi altında klub 11 görüşdə 1 qələbə qazanıb.
İtaliya çempionatının cari mövsümündə "Cenoa" 12 xalla turnir cədvəlində 19-cu yeri tutur.