20.01.2022 09:56
437
Futbol üzrə İngiltərə çempionatının 17-ci turunun təxirə salınmış görüşündə “Tottenhem” səfərdə “Lester” üzərində əzmkar qələbə qazanıb.
"CEMPİON.AZ" xəbər verir ki, görüş 3:2 hesabı ilə başa çatıb. Qaliblər sırasında Stiven Berqveyn (90+5-ci dəqiqə, 90+7) dubla, Harri Keyn (38) də fərqlənib. Meydan sahibləri Patson Daka (24-cü dəqiqə) və Ceyms Meddison (76) qollardan ikisinin əvəzini çıxıb.
36 xal toplayan "Tottenhem" turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "Lester" 25 xalla 10-cu pillədə qərarlaşıb.