bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

İtaliya Ali Məhkəməsi "Milan"ın sabiq futbolçusu Robinyoya qarşı hökmü qüvvədə saxlayıb

20.01.2022 10:15 Oxundu 429

İtaliyanın Ali Məhkəməsi “Milan”ın və Braziliya millisinin keçmiş hücumçusu Robinyoya verilən 9 il həbs cəzasını qüvvədə saxlayıb.

"CEMPİON.AZ"  "Reuters"ə istinadən xəbər verir ki, Robinyo və onun dostu Rikardo Falko 2013-cü ilin yanvarında Milanda gecə klubunda bir qıza qrup şəklində təcavüz etdiklərinə görə 2017-ci ildə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. İtaliya Ali Məhkəməsinin qərarına etiraz edilə bilməz və qətidir.
Robinyo hazırda Braziliyada yaşayır. İtaliya Robinyo ilə bağlı yekun hökmdən sonra ekstradisiya prosesinə başlaya bilər. Bununla belə, "Reuters"in qeyd etdiyi kimi, “Braziliya öz vətəndaşlarını ekstradisiya etməmək ənənəsinə malikdir”.
Robinyo “Real Madrid”lə ikiqat İspaniya çempionu, “Milan”la İtaliya çempionu, ikiqat Konfederasiyalar Kubokunun qalibi və Braziliya ilə Amerika Kubokunun qalibidir.