Almaniyanın "Bavariya" futbol klubu polşalı hücumçu Robert Levandovski müqaviləsini uzatmaqdan imtina edərsə, onu transfer siyahısına salmağı planlaşdırır.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb. Levandovskinin "Bavariya" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Mənbənin sözlərinə görə, Münhen klubu futbolçunun başqa komandaya transferi ilə bağlı danışıqlara yayda başlamağı planlaşdırır.
Transfermarkt bazar ertəsi Beynəlxalq Futbol Federasiyası tərəfindən ilin ən yaxşı oyunçusu mükafatını qazanan futbolçunu 50 milyon avro dəyərində qiymətləndirib. Həmçinin qeyd olunur ki, Levandovskini əvəzləməyə əsas namizəd norveçli Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haalanddır.
Levandovskinin 33 yaşı var və 2014-cü ildən "Bavariya"da çıxış edir. Komandanın tərkibində yeddi dəfə Almaniya çempionu, üç dəfə Almaniya kuboku, beş dəfə ölkə Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub. Hücumçu bu mövsüm "Bavariya"nın heyətində 27 oyunda 34 qol vurub. Keçən mövsüm o, 41 qolla Gerd Müllerin bir mövsümlük Almaniya liqa rekordunu qırıb. O, 2020/21 mövsümünün sonunda "Qızıl buts"u qazanan keçmiş "Bavariya" hücumçusundan daha çox qola imza ataraq, milli Avropa liqalarının bombardiri hesab olunur.
DÜNYA FUTBOLU
KİV: Levandovski yay transfer pəncərəsində klubu tərk edə bilər
20.01.2022 10:45
428