bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Misir yığması Afrika Millətlər Kubokunun pley-off mərhələsinə yüksəlib

20.01.2022 10:53 Oxundu 449

Misir millisi Afrika Millətlər Kubokunun qrup mərhələsinin III tur matçında Sudan yığmasını 1:0 hesabı ilə məğlub edərək pley-offa yüksəlib. Turnir Kamerunda keçirilir.
"CEMPİON.AZ" xəbər verir ki, oyunda yeganə qolu müdafiəçi Məhəmməd Abdelmonem (35-ci dəqiqə) vurub. Komandalar Qvineya-Bisau və Nigeriya millilərinin də çıxış etdiyi D qrupunu təmsil edir, onların şəxsi görüşü 3 oyunda 9 xal toplayaraq qrupa qalib gələn nigeriyalıların qələbəsi (2:0) ilə başa çatıb. Ondan sonra Misir (6), Sudan (1) və Qvineya-Bisau (1) komandaları gəlir. Nigeriyalılar və Misirlilər müsabiqənin pley-off mərhələsinə yüksəliblər. 
Afrika Millətlər Kubokunda 24 komanda altı qrupa bölünür. Hər qrupdan ilk iki yeri tutan komandalar, həmçinin müvafiq kvartetlərdə üçüncü yeri tutan altı komandadan ilk dördü pley-off mərhələsinə yüksəlir. 
Qeyd edək ki, 
Afrika Millətlər Kuboku Afrikada milli komandalar arasında keçirilən ən böyük beynəlxalq turnirdir. Keçən il koronavirusa görə turnir təxirə salınmışdı. Əlcəzair hazırkı qalibdir. Turnirə fevralın 6-da yekun vurulacaq.