bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Türk futbolçu ilə bağlı rus klubundan qalmaqallı paylaşım 

20.01.2022 13:53 Oxundu 491


Rusiyanın MOİK klubu Türkiyə millisinin futbolçusu Yusuf Yazıcının transferi ilə bağlı qalmaqallı paylaşım edib.
"CEMPİON.AZ"
xəbər verir ki, Moskva təmsilçisinin rəsmi tviter səhifəsində paylaşılan videoda 25 yaşlı yarımmüdafiəçi ilə instaqramda yazışma səhnəsi əks olunub. Videoda Yazıcının əvvəlcə klubun çoxsaylı mesajlarına cavab vermədiyi, yalnız "Yusuf, bura Rusiyadır, bizdə nataşalar çoxdur" ismarıcından sonra "Yoldayam, 5 dəqiqəyə çatıram" yazdığı göstərilib. Reaksiyalardan sonra videonu silən MOİK daha sonra üzrxahlıq mesajı yayımlayıb. Klub televiziyasının redaktoru Katerina Kirilçeva bildirib ki, qısa müddətdə ssenari yazmalı olduğu üçün ağlına bu cür ideya gəlib: "Bu yersiz, uğursuz və bir qədər də təhqiredici videoya görə həm ictimaiyyətdən, həm də Yusufun özündən üzr istəyirəm". 
Qeyd edək ki, MOİK Yusuf Yazıcını Fransanın "Lill" klubundan cari mövsümün sonunadək icarəyə götürüb.