21.01.2022 10:17
436
Futbol agenti Mino Rayola İtaliyada reanimasiyaya yerləşdirilib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, 54 yaşlı agentin ağciyərlərində problem yaranıb. O, Milanda yerləşən "San Raffaele" xəstəxanasında həkim nəzarəti altındadır.
Yanvarın 12-də "Corriere dello Sport"Rayolanın "San Raffaele"də təcili əməliyyat olunduğunu bildirsə də, agentin mətbuat xidməti daha sonra onun adi tibbi müayinədən keçdiyini bildirmişdi.
Qeyd edək ki, Rayola Pol Poqba (Mançester Yunayted), Canluici Donnarumma (PSJ), Erlinq Haaland (Borussiya Dortmund), Zlatan İbrahimoviç (Milan) kimi forvardların agentidir.