21.01.2022 11:47
456
Əfsanəvi braziliyalı futbolçu Pele iki günlük tibbi müayinədən sonra xəstəxanadan buraxılıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə həkimlər məlumat verib:
"Edson Arantes do Nasimento (Pele ) şişin sonrakı müalicəsi üçün yanvarın 19 və 20-də Albert Eynşteyn Xəstəxanasına yerləşdirilib.
Ona xəstəxanadan verilən rəsmi blütendə yazılıb:
"Xəstə cümə axşamı stabil klinik vəziyyətdə evə buraxılıb.
Xəbərdə deyilir ki, Pele sadə müayinələr üçün xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl ESPN 81 yaşlı Pelenin yoğun bağırsağındakı şişin kimyaterapiyasını bərpa etmək üçün xəstəxanaya qayıtdığını bildirmişdi.