bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

19 yaşlı oyunçu futbolla vidalaşdı

21.01.2022 12:03 Oxundu 464

Əfsanəvi italiyalı futbolçu Andrea Pirlonun oğlu futbol karyerasını davam etməmək qərarına gəlib.
"CEMPİON.AZ"
xəbər verir ki, bunu 19 yaşlı Nikkolo Pirlo özü açıqlayıb. O, dəbli idman brendinə keçdiyini bildirib. Nikkolo sosial şəbəkə vasitəsilə “futbol dünyasını küçə stili geyimlərində nümayiş etdirəcək” brend yaratmaq niyyətində olduğunu söyləyib.
Qeyd edək ki, Andrea Pirlo İtaliya yığmasında 116 oyun keçirib. O, ötən ilin mayında “Yuventus”un baş məşqçi postunu tərk edib.