21.01.2022 14:11
451
Fransa millisinin qapıçısı Uqo Lloris “Tottenhem”lə yeni müqavilə imzalayıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb. Yeni müqavilənin müddəti 2024-cü ilə qədərdir. 35 yaşlı futbolçu ilə əvvəlki müqavilə cari mövsümün sonunda başa çatıb.
Lloris 2012-ci ilin yayında "Lion"dan "Tottenhem Hotspur"a keçib. O, "Spurs"un heyətində 395 oyuna çıxıb. Lloris 2018 Dünya Çempionu, UEFA Millətlər Liqasının 2021 qalibidir. O, Fransa millisində 136 oyun keçirib.