22.01.2022 09:37
455
Futbol üzrə İngiltərə çempionatının 23-cü turunda "Norviç" səfərdə "Uotford"u darmadağın edib.
"CEMPİON.AZ" xəbər verir ki, görüş 3:0 hesabı ilə başa çatıb, Coşua Sargent dubl edib (51 və 74-cü dəqiqələr). İkinci hissəyə əlavə olunmuş vaxtda Juraj Kutska avtoqol vurub.
78-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Emmanuel Dennis ikinci sarı vərəqə alaraq meydandan qovulub. 1:0 hesabı ilə başa çatan matçda stadionda işıqlandırma problemi yarandığından bir neçə dəqiqəlik fasilə yaranıb.
Qələbə Norviçin aşağı liqa zonasından çıxmasına və 16 xalla 17-ci yerə qalxmasına səbəb olub. Aktivində iki xal az olan "Watford" isə aşağı sıralardadır.