22.01.2022 10:04
471
Futbol üzrə İspaniya çempionatının 22-ci turunda "Real Betis" "Espanyol"a qalib gəlib.
"CEMPİON.AZ" xəbər verir ki, Borxa İqlesias (31-ci və 53-cü dəqiqələr), Quido Rodriguez (36) və Villian Xosenin (76) qol vurduğu oyun 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. "Espanyol"un tərkibində ikinci hissənin sonunda ikinci sarı vərəqə alaraq meydandan qovulan Raul de Tomas da (14) qola imza atıb.
"Betis" 40 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.