bazar ertəsi, 25 noyabr 2024

DİGƏR NÖVLƏR

Avropa çempionatında Xorvatiya Polşanı məğlub edib

22.01.2022 11:14 Oxundu 429


Futzal üzrə Avropa çempionatının qrup mərhələsinin ilk turunun matçında Xorvatiya yığması polşalıları 3:1 hesabı ilə məğlub edib. 
"CEMPİON.AZ"
xəbər verir ki, turnir Hollandiyada keçirilir.
 Matey Horvat (8-ci dəqiqə), Antonio Sekuliç (14) və Franko Jelovçiç (18) fərqləniblər. Polşalılar üçün yeganə qolu Patrik Holi (14) vurub. 
Xorvatiya və Polşa milliləri Rusiya və Slovakiya komandaları ilə birlikdə C qrupunda yer alıb. Bu komandalar arasında keçirilən görüş 7:1 hesabı ilə rusların xeyrinə başa çatıb. Növbəti oyunda Rusiya yığması yanvarın 25-də xorvatlar, həmin gün polyaklar slovaklarla qarşılaşacaq. Qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək. 
Futzal üzrə Avropa çempionatı 1996-cı ildən keçirilir, Rusiya yığması heç vaxt turniri qaçırmayan komandalardandır. Həmçinin İtaliya və İspaniya komandaları bütün Avropa çempionatlarına vəsiqə qazanıblar. Rusiya millisi 1999-cu ildə Avropa çempionudur, millinin də 5 gümüş və üç bürünc medalı var. Turnirə fevralın 6-da yekun vurulacaq. Portuqaliya hazırkı çempiondur.