22.01.2022 11:43
437
İngiltərənin "Mançester Yunayted" klubunun gənc futbolçuları Kriştianu Ronaldudan narazıdırlar.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Məlumatda göstərilir ki, narazılqlara səbəb 37 yaşlı hücumçunun müsahibəsində onlar haqqında tənqidi fikirlər səsləndirməsi olub. Gənc oyunçular "qırmızı şeytanlar"ın digər təcrübəli üzvü Edinson Kavani ilə daha çox ünsiyyət qururlar. Buna baxmayaraq, 35 yaşlı uruqvaylı forvard ingilis dilində yaxşı danışa bilmir.
Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm Premyer Liqada 17 oyuna çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.