Futzal üzrə Azərbaycan millisinin üzvləri Qallo və Rövşən Hüseynlidən PCR testi götürülüb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumata görə, bu gün testin nəticəsi açıqlanıb. Hər iki futzalçıda nəticə pozitiv çıxıb. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar. Karantinin sonuncu günü 27 yanvardır. Bu isə o deməkdir ki, Qallo və Hüseynli Avropa çempionatının qrup mərhələsində Gürcüstan və İspaniya ilə oyunları buraxacaq. Dünən oyunöncəsi məşqdə iştirak üçün yığma üzvlərindən COVİD-19 anticism analizləri götürülmüş, Qallo və Hüseynlinin testlərinin nəticəsi pozitiv çıxmışdı. Qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVİD-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativdir.
DİGƏR NÖVLƏR
Futzaçılarımızdan ikisinin PCR testi pozitiv çıxıb
22.01.2022 12:47
445