24.01.2022 09:40
483
Ukraynalı mütəxəssis Andrey Şevçenko Polşa millisinin baş məşqçisi olmağa razılıq verib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "vZbirna" teleqram kanalı məlumat verib. Şevçenko ilə Polşa Futbol İttifaqı arasında müqavilənin bütün şərtləri razılaşdırılıb. Mənbənin məlumatına görə, 45 yaşlı mütəxəssis illik 2,5 milyon avro alacaq. Vəsaitin bir hissəsini Polşa Futbol İttifaqı, qalan hissəsini isə sponsorlar ödəyəcək.
Qeyd edək ki, Şevçenko noyabrda rəhbərlik etdiyi İtaliyanın “Cenoa” klubu ilə müqaviləyə xitam verilməsi ilə bağlı bəzi nüansları həll etdikdən sonra Polşa millisinə rəhbərlik edəcək. Ukraynalı İtaliya klubunun baş məşqçisi postunu yanvarın ortalarında tərk edib. O, ötən yaya qədər Avropa çempionatının 1/4 finalına çıxardığı Ukrayna millisi ilə çalışıb.