24.01.2022 09:52
431
Futbol üzrə Fransa çempionatının 22-ci turunun matçında "Pari Sen-Jermen" öz meydanında "Reyms"i məğlub edib.
"CEMPİON.AZ" xəbər verir ki, Parisdə keçirilən görüş 4:0 hesabı ilə başa çatıb. Qolları Marko Verratti (43-cü dəqiqə), Serxio Ramos (61) və Danila Pereyra (74) vurub. “Reyms”in futbolçusu Vout Fas avtoqol vurub (66).
Koronavirusa yoluxduqdan sonra ilin əvvəlindən meydana çıxmayan PSJ-nin hücumçusu Lionel Messi 63-cü dəqiqədə meydana daxil olub.
PSJ 53 xalla Liqa 1 turnir cədvəlinin zirvəsində qalır. "Reyms" 24 xalla 14-cüdür.