24.01.2022 10:59
444
Futbol üzrə İspaniya çempionatının 22-ci turunun matçında "Barselona" səfərdə "Alaves"i məğlub edib.
"CEMPİON.AZ" xəbər verir ki, Vitoriyada keçirilən görüş 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 87-ci dəqiqədə Frenki de Yonq vurub.
"Barselona" 35 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Alaves” (17) 19-cu yerdədir.
Digər görüşdə "Rayo Valyekano" "Atletiks"ə uduzub - 0:1, "Real Sosyedad" isə "Xetafe" ilə bərabərə qalıb - 0:0.