24.01.2022 12:56
492
Pekin Olimpiadasına gələn insanlar arasında altı yeni koronavirus infeksiyası aşkarlanıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə təşkilat komitəsi məlumat yayıb. Yanvarın 23-də Çinə 529 nəfər, o cümlədən 153 idmançı və rəsmi şəxs və 376 fərqli şəxslər gəlib. PCR testi nəticəsində dörd yeni yoluxma halı, idmançılar və vəzifəli şəxslər arasında bir, digər şəxslər arasında isə üç müsbət nəticə qeydə alınıb.
Qeyd edək ki, olimpiadaya əvvəllər gələnlər arasında daha iki yoluxma halı aşkarlanıb və onların təsdiqedici testləri müsbət nəticə verib.
Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.