bazar ertəsi, 25 noyabr 2024

DİGƏR NÖVLƏR

Pekin-2022-də koronavirusla mübarizə qaydalarına dəyişikliklər

24.01.2022 13:43 Oxundu 520


Pekin-2022 Qış Olimpiya Oyunlarında koronavirusla mübarizə qaydalarına dəyişikliklər edilib.
"CEMPİON.AZ"
xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) PCR testi müsbət çıxmış şəxsləri xüsusi karantin otaqlarında təcrid olunacaqlarını açıqlayıb. Onlar 10 gün və daha çox müddətə karantinə alınarsa, koronavirus infeksiyasının əlamətləri olmadığı halda və ardıcıl 3 gün ərzində mənfi test nəticəsi verdikdə, əvvəldən bron etdikləri yaşayış yerinə köçə biləcəklər. Karantindən qayıtdıqdan sonra həmin şəxs "yoluxmuş insanla yaxın təmasda olan" kimi qəbul ediləcək. Ardıcı iki gün onların testləri mənfi olarsa, növbəti 7 gündə həmin şəxs "yaxın təmas" statusuna malik olacaq. Eyni zamanda, yaxın təmas müddəti 14-dən 7 günə endirlib. Bu müddət ərzində həmin şəxslər hər gün iki dəfə yoxlanılacaq. PCR testləri ardıcıl müsbət olanlar yeni prosedurdan yararlanaraq ən qısa zamanda ölkələrinə qayıda biləcəklər. 
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.