İtaliya yığmasının baş məşqçisi Roberto Mançini Qətərdə keçiriləcək dünya çempionatının pley-off oyunlarına iki ay qalmış kadr problemi ilə üzləşib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb. Məlumata əsasən, 58 yaşlı mütəxəssis bunu radikal şəkildə həll etmək niyyətindədir. Mançini daha iki Braziliya əsilli oyunçunu yığmaya cəlb etməyi düşünür. Bunlar "Latsio"da çıxış edən Luis Felipe və "Kalyari"də oynayan Joao Pedrodur. Hər iki oyunçunun qarşıdakı matçlarda millidən dəvət alacağı gözlənilir.
Qeyd edək ki, Luis Felipe və Joao Pedro Braziliyanın aşağı yaş qruplarından ibarət yığmalarına çağırılıb. Hazırda İtaliya seçməsinin formasını geyinən Jorjinyo və Emerson da Braziliya əsillidir. Son Avropa çempionu DÇ-2022-nin pley-off-unda martın 24-də Şimali Makedoniya ilə üz-üzə gələcək. Qalib gələn komanda martın 29-da Portuqaliya - Türkiyə duelinin güclüsü ilə görüşəcək.
DÜNYA FUTBOLU
İtaliya millisinə daha iki braziliyalı oyunçu cəlb edilir
24.01.2022 16:44
452