bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Afrika Millətlər Kuboku matçında izdiham - 8 nəfər ölüb, 50 nəfər yaralanıb - FOTO

25.01.2022 09:36 Oxundu 487

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin Kamerun və Komor adaları arasında keçirilən oyunundan əvvəl izdiham yaşanıb, izləyicilərdən 8 nəfər ölüb, 50-yə yaxını isə yaralanıb.

"CEMPİON.AZ" "Frans-Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kamerun Səhiyyə Nazirliyinin ilkin hesabatında məlumat verilib. İnsident ötən gün Kamerunun paytaxtında baş tutan oyundan əvvəl baş verib. İnsanlar COVID-19 məhdudyyətlərinə məhəl qoymadan izdihamla stadiona daxil olmağa çalışıb. 60 minlik tribunaya eyni anda 50 minə yaxın azarkeş daxil olmaq istəyib. Məlumata əsasən, ölənlər arasında qadın və uşaq da olub. Yaralılardan 4-nün vəziyyəti ciddidir. 
Afrika Futbol Konfederasiyası (CAF) insidentlə bağlı araşdırma aparır.