bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Haaland "Hoffenhaym"la oyunda zədə alıb

25.01.2022 10:42 Oxundu 512

Dortmund "Borussiya"sının norveçli hücumçusu Erlinq Haaland əzələsindən zədə alıb.
"CEMPİON.AZ"
xəbər verir ki, 
bu barədə futbol klubunun rəsmi saytı məlumat yayıb. 
Haaland Almaniya çempionatında qol vurduğu "Hoffenhaym"la matçda (3:2) zədələnib. Norveçli 63-cü dəqiqədə əvəzlənib. Bazar və bazar ertəsi 21 yaşlı gənc forvard tibbi müayinələrdən keçirilərkən onun əzələ problemi olduğu müəyyənləşdirilib. Bu səbəbdən də onun müalicəsi üçün yaxın günlərdə əlavə müayinələr aparılacağı vurğulanıb. 
Norveçli futbolçu bu mövsüm "Borussiya Dortmund"un heyətində 20 oyuna çıxıb, 23 qol vurub (onlardan 16-sı Almaniya çempionatında). O, Bundesliqada bombardirlər siyahısında "Bavariya"nın hücumçusu Robert Levandovski (23 qol) və "Bayer"in hücumçusu Patrik Şikdən (18) sonra üçüncüdür.
"Borussiya Dortmund" Bundesliqada 20 turdan sonra 43 xalla turnir cədvəlində ikincidir. Komanda növbəti oyununu fevralın 6-da evdə "Bayer"ə qarşı keçirəcək.