25.01.2022 11:13
429
İngiltərənin "Uotford" futbol klubunun İtaliyalı baş məşqçisi Klaudio Ranyerini istefaya göndərilir.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Ranyeri ötən il oktyabrın 4-dən baş məşqçi postunda ispan Hisko Munozu əvəzləyərək "Uotford"a rəhbərlik etməyə başlayıb. 70 yaşlı mütəxəssisi kimin əvəzləyəcəyi barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, "Uotford" Premyer Liqada 20 matçdan sonra 14 xalla (4 qələbə, 2 heç-heçə, 14 məğlubiyyət) 19-cu pillədə qərarlaşıb.