25.01.2022 11:24
409
Sankt-Peterburqun "Zenit" klubu futbolçu Yuri Albertonun transferi ilə bağlı Braziliyanın "Internacional" klubu ilə razılığa gəlib.
"CEMPİON.AZ" xəbər verir ki, "Globo Esporte" məlumat yayıb. Mənbənin məlumatına görə, sövdələşmə 20 milyon avro təşkil edəcək. Hazırda komandalar müqavilənin digər detallarını, o cümlədən 20 yaşlı futbolçunun Rusiya klubuna keçid müddətini müzakirə edirlər. Yekun qərarın bu həftənin sonunda veriləcəyi gözlənilir.
"Globo Esporte" həmçinin qeyd edir ki, "Internacional" gələcək satışda oyunçuya olan hüquqların 10%-ni özündə saxlamaq istəsə də, Zenit buna qarşıdır.
Alberto 2021-ci ildə 33 liqa matçında 12 qol vurub. Braziliyalı həm də Libertadores kubokunun 7 matçında 3 qol vurub.