Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klubları bu gün sonuncu yoxlama oyunlarını keçirəcəklər.
"CEMPİON.AZ" xəbər verir ki, "Qarabağ" günün ilk yarısında Çexiyanın "Bohemians" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da start götürəcək. "Köhlən atlar" toplanışa Polşanın "Visla" (Krakov) komandasına qarşı görüşdə yekun vuracaqlar. Bu görüş isə Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. "Sabah" sonuncu matçında Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. "Sabah" isə Macarıstan "Pakş"ı və Ukrayna "Zarya"sı ilə 1:1 hesablı heç-heçə edib.
BİZİM FUTBOL
Klublarımız Antalyada sonuncu oyunlarında
25.01.2022 12:02
442