Qambiya millisi futbol üzrə Afrika Millətlər Kubokunun 1/8 final matçında Qvineya yığmasını 1:0 hesabı ilə məğlub edib.
"CEMPİON.AZ" xəbər verir ki, oyun Kamerunun Bafoussam şəhərində keçirilib. Topu 71-ci dəqiqədə Musa Barrou vurub. 87-ci dəqiqədə qambiyalı hücumçu Yusuf Njie ikinci sarı vərəqə alaraq meydandan qovulub, ikinci hissəyə əlavə olunan dördüncü dəqiqədə qvineyalı yarımmüdafiəçi İbrahima Konte qırmızı vərəqə alıb.
Qeyd edək ki, Qambiya millisi ilk dəfə Afrika Millətlər Kubokunda iştirak edir. Qambiya komandasının rəqibi Kamerun və Komor milliləri arasında bazar ertəsi baş tutacaq matçın qalibi olacaq.
Afrika Millətlər Kuboku Afrikada milli komandalar arasında keçirilən ən böyük beynəlxalq turnirdir. Keçən il yarış koronavirusa görə təxirə salınmışdı. Turnirə fevralın 6-da yekun vurulacaq.
DÜNYA FUTBOLU
Qambiya millisi ilk dəfə Afrika Millətlər Kubokunun 1/4 finalında
25.01.2022 12:24
473