25.01.2022 12:44
502
Halqalarla hərəkətdə 2000-ci ilin Olimpiya çempionu, macar gimnast Silvestr Çollan 52 yaşında vəfat edib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Macarıstanın Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. İdmançı dekabrda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, 2000-ci il Olimpiadasının qalibi olmaqla yanaşı, 2002-ci il Dünya Çempionatında və 1998-ci ildə Avropa Çempionatında qızıl medallar qazanıb.