bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Azərbaycan millisi İspaniya ilə qarşılaşacaq

26.01.2022 08:55 Oxundu 457


Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
"CEMPİON.AZ"
xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə qarşılaşacaq. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşün baş hakimi Migel Kastilyu olacaq. Qrupun digər oyununda Gürcüstan və Bosniya və Herseqovina yığmaları münasibətlərinə aydınlıq gətirəcək. 

Azərbaycan millisi ilk matçda Gürcüstana 2:3 hesabı ilə uduzub. İspaniya isə Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.

Avropa çempionatı

D qrupu, II tur

26 yanvar

23:30. İspaniya - Azərbaycan

Baş hakim: Migel Kastilyu (Portuqaliya)

Qroningen. "Martini Plaza".

Qeyd edək ki, Azərbaycan milli komandası qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.