26.01.2022 09:40
448
İspaniyanın "Sevilya"sı "Mançester Yunayted"in futbolçusu Antoni Marsialı icarəyə götürüb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə İngiltərə klubu saytı məlumat yayıb. Müqavilə cari 2021/22 mövsümünün sonuna qədər qüvvədədir.
Marsial 2015-ci ildə 60 milyon avroya "Monako"dan "Mançester Yunayted"ə keçib.
Transfermarkt.com-un məlumatına görə, fransalı futbolçunun hazırda transfer qiyməti 32 milyon avrodur. 26 yaşlı hücumçu “qırmızı şeytanlar”ın heyətində 269 oyun keçirib və 79 qola imza atıb.