bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

“Uotford”a Roy Hocson rəhbərlik edəcək

26.01.2022 09:44 Oxundu 592

Roy Hocson İngiltərənin “Uotford” klubunun baş məşqçisi təyin edilib.

"CEMPİON.AZ" xəbər verir ki, 74 yaşlı ingilis mütəxəssislə müqavilənin şərtləri açıqlanmayıb. Hocsonun məşqçilər heyətinə onun köməkçisi Rey Levinqton daxil edilib, o da 2002-2005-ci illərdə Uotfordu çalışdırıb. Yeni məşqçilər korpusu komandanı Premyer Liqada “Bernli” ilə şənbə günü keçiriləcək oyuna hazırlamağa başlayacaq. 
Hocson 2012-2016-cı illərdə onun rəhbərliyi altında Avro-2012, DÇ-2014 və 2016-cı il Avropa Çempionatının finallarında çıxış edən İngiltərə millisini çalışdırıb. Onun klub səviyyəsində son işi 2021-ci ilin yazında tərk etdiyi "Kristal Pelas"da olub.

Qeyd edək ki, komandaya 3 ay əvvəl baş məşqçi təyin olunmuş italiyalı Klaudio Ranyerini qeyri-məhsuldar oyuna görə öz postunu tərk etməli olub. 
"Uotford" Premyer Liqada 20 oyundan sonra 14 xalla (4 qələbə, 2 heç-heçə, 14 məğlubiyyət) 19-cu pillədə qərarlaşıb.