bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

"Barselona"nın futbolçusu zədəsini əməliyyatsız sağaltmaq qərarına gəlib

26.01.2022 10:14 Oxundu 450

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Ansu Fati zədəsini əməliyyatsız bərpa edəcək.
"CEMPİON.AZ"
xəbər verir ki,
 Kataloniya komandasının açıqlamasında belə deyilir. Futbolçu yanvarın 20-də İspaniya Kubokunun 1/8 final mərhələsinin “Atletika”ya qarşı matçında sol bud nahiyəsindən zədə alıb. O, 35 dəqiqə meydanda olub. Konservativ müalicə ilə futbolçu səkkiz həftədən sonra meydana qayıda bilər. 
Qeyd edək ki, İspaniya mətbuatı Kataloniya klubunun həkimlərinin israrla əməliyyat olunacağı, bundan sonra onun təxminən 6 aya sağalacağı barədə məlumat yayıb. 
Fati 19 yaşındadır, noyabrın əvvəlində aldığı zədədən sonra ilk matçına yanvarın 13-də çıxıb. La Liqanın cari mövsümündə ispaniyalı 5 matçda 3 qol vurub.