bazar ertəsi, 25 noyabr 2024

DİGƏR NÖVLƏR

Millinin oyunu azərkeşlərin iştirakı ilə baş tutacaq

26.01.2022 13:43 Oxundu 493


Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının qrup mərhələsindəki sonuncu - üçüncü görüşü azarkeşlərin iştirakı ilə keçiriləcək. 
"CEMPİON.AZ" 
"Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib. Verilən məlumata görə, buna Niderland hökumətinin koronavirusla bağlı karantin rejimində yumşalmaya getməsi səbəb olub. 
Hökumət oyunları müəyyən sayda tamaşaçının izləməsinə imkan yaradıb. Bunu nəzərə alan UEFA bu gündən bilet satışını bərpa edəcək. Üstünlük əvvəlcədən bilet alanlara veriləcək. Boş yer qalarsa, yanvarın 27-dən həmin yerlər üçün də bilet satışı həyata keçiriləcək. Azarkeşlərin zallara buraxılmasına isə yanvarın 29-da icazə veriləcək. Azərbaycan yığması həmin gün Bosniya və Herseqovina ilə görüşəcək. 
Qeyd edək ki, ilk görüşündə Gürcüstana 2:3 hesabı ilə uduzan komanda bu gün İspaniya ilə üz-üzə gələcək.