bazar ertəsi, 25 noyabr 2024

DİGƏR NÖVLƏR

Avropa Çempionatı - Azərbaycan-İspaniya 2:2

27.01.2022 09:42 Oxundu 523


Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
"CEMPİON.AZ"
xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçisi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə üz-üzə gəlib. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. 
Matçda hesabı Azərbaycan millisi açıb. Rəqibin heyətində Serxio Losano 10-cu dəqiqədə topu öz qapısından keçirib. İspaniyalılar cəmi 2 dəqiqə sonra tarazlığı bərpa ediblər. Raul Qomes qüvvətli zərbə ilə Emin Kürdovu məğlub edib. 17-ci dəqiqədə Ata İsayev milli komandanı yenidən hesabda önə keçirib. Oyunda son nöqtəni isə Losano qoyub. İlk hissədə avtoqol müəllifi olan futzalçı 31-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib. 
Tarixində ilk dəfə İspaniyaya uduzmayan Joze Alesionun komandası qrupda ilk xalını qazanıb və 3-cü pillədə qərarlaşıb. Xallarını 4-ə çatdıran Pireney təmsilçisi isə 2-cidir. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda Bosniya və Herseqovinaya böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir. 
Qeyd edək ki, qrupun digər oyununda Bosniya və Herseqovina üzərində 2:1 hesablı qələbə qazanan Gürcüstan millisi isə 1/4 finala vəsiqəni təmin edib.