Ekvatorial Qvineya milli futbol komandası Afrika Millətlər Kubokunun 1/8 final matçında Mali yığmasını penaltilər seriyasında məğlub edib.
"CEMPİON.AZ" xəbər verir ki, görüş Kamerunun Duala şəhərində keçirilib. Matçın əsas vaxtı və əlavə iki hissə 0:0 hesabı ilə başa çatıb. Yanvarın 30-da 1/4 finalda Ekvatorial Qvineya Seneqalla qarşılaşacaq. Həmin gün Misir və Mərakeş milliləri yarımfinala vəsiqə uğrunda görüş keçirəcək. Bir gün əvvəl 1/4 final mərhələsinin oyunlarında Burkina-Faso komandası Tunis futbolçuları ilə, Qambiya komandası Kamerun millisi ilə qarşılaşacaq.
Ekvatorial Qvineya 2015-ci ildən bəri ilk dəfə Afrika Millətlər Kubokunun 1/4 finalına yüksəlib. Komandanın turnirdəki ən yaxşı nəticəsi 2015-ci ilin yarışında dördüncü yer tutmasıdır. Afrika Millətlər Kuboku Afrikada milli komandalar arasında keçirilən ən böyük beynəlxalq turnirdir. Keçən il yarış koronavirusa görə təxirə salınmışdı. Turnirə fevralın 6-da yekun vurulacaq.
DÜNYA FUTBOLU
Ekvatorial Qvineya Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib
27.01.2022 10:52
472