bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

İran "Zenit"i FİFA-ya şikayət edib

27.01.2022 11:10 Oxundu 467

İran Futbol Federasiyası (FFIRI) “mavi-ağ-göylər”in hücumçu Serdar Azmunu seçmə mərhələ oyunlarına yığmaya buraxmaması ilə bağlı Sankt-Peterburq “Zenit”inə qarşı Beynəlxalq Futbol Federasiyasına (FİFA) şikayət edib.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə FFIRI-nin sözçüsü Hüseyn Şərifi Mehr məlumat yayıb:
"Serdar Azmunun olması federasiya və milli komanda üçün çox vacibdir. İraqla oyun dünya çempionatına çıxmaq baxımından həlledici ola bilər. Təəssüf ki, federasiyanın və millinin böyük səylərinə baxmayaraq, "Zenit" əməkdaşlıq etmədi, bu qəribədir və araşdırılmalıdır. Hazırda futbolçu Dubaydadır və biz FİFA ilə əlaqə saxladıq, çünki onun tezliklə İranda olmasını istəyirik”.

Qeyd edək ki, İran podcastı "Gol Bezan" bazar ertəsi Azmunun koronavirus üçün müsbət, çərşənbə günü İran millisinin baş məşqçisi Draqan Skosiç mətbuat konfransında futbolçunun testinin mənfi nəticə verdiyini bildirib.
İran millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İraqla qarşılaşacaq. Fevralın 1-də komanda BƏƏ millisi ilə qarşılaşacaq. 
İran 6 oyundan sonra 16 xalla A qrupuna başçılıq edir.